Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasına könüllü gənclərin ekskursiyası təşkil olunub

Gömrük Akademiyasına könüllü gənclərin ekskursiyası təşkil olunub

Dövlət Gömrük Komitəsinin təşkilatçılığı və AKTİ-nin dəstəyi ilə 2 fevral - Azərbaycan Gəncləri Günü ilə bağlı "Könüllü gömrükçü" dəstəsi üzvlərinin və AKTİ-yə üzv təşkilatların könüllülərinin Dövlət Gömrük Komitəsinin Akademiyasına ekskursiyası təşkil olunub.

Gəncləri salamlayan Akademiyanın Katibliyinin rəisi Azər Seyidov əsası dahi rəhbər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin əhəmiyyətindən, Gənclər Gününün təsis edilməsinin önəmindən danışaraq gəncləri bayram münasibətilə təbrik edib onlara uğur dolu gələcək və sağlam həyat arzulayıb.

Könüllülərə Gömrük Akademiyasının yaranması, tədris prosesi və beynəlxalq əməkdaşlıq sahəsindəki fəaliyyəti barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar əməkdaşlar tərəfindən cavablandırılıb.

Daha sonra gənclər Akademiyada yaradılan şəraitlə, müasir texniki nəzarət vasitələri ilə təmin olunmuş auditoriyalar ilə yaxından tanış olublar.

Qeyd edək ki, "Könüllü gömrükçü" dəstəsi üzvlərinin arasında Gömrük Akademiyasının tələbələri də vardır.