Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri Xocalı şəhidlərinin xatirəsini yad ediblər

Gömrük Akademiyasının tələbələri Xocalı şəhidlərinin xatirəsini yad ediblər

Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri 26 Fevral - Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsinə təşkil edilən yürüşdə iştirak ediblər.

Ölkəmizin tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı qurbanlarının xatirəsini hörmət və ehtiramla yad edən gənclər şəhidlərimizin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüblər.

Digər tələbə gənclərlə yanaşı Akademiyanın tələbələri həmçinin, Xocalı Soyqırımının ildönümü ilə bağlı keçirilən fləş-mobda da iştirak ediblər. “Heç Vaxt Unutmayacağıq!” şüarı ilə reallaşan fləş-mobda tələbə gənclərdən formalaşdırılan “NEVER FORGET!” kompozisiyası nümayiş olunub.