Baş səhifə
Xəbərlər
Akademiya
"Femida Könüllüləri" təşkilatının üzvü olan DGKA-nın tələbələrinə sertifikatlar təqdim edilib
"Femida Könüllüləri" təşkilatının üzvü olan DGKA-nın tələbələrinə sertifikatlar təqdim edilib
Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində fəaliyyətlərini uğurla başa vuran Femida könüllülərinə sertifikatların təqdimetmə mərasimi keçirilib. Mərasimdə "Femida Könüllüləri" təşkilatının üzvü olan Dövlət Gömrük Komitəsinin Akademiyasının Hüquqşünaslıq ixtisasının tələbələri Ləman Əlicanova, Aybəniz Gözəlova, Aydan İsmayılova və Leyla Əsgərli sertifikatlarla təltif ediliblər.
Mərasimdə iştirak edən məhkəmə sədri Vidadi Qasımov və “Femida Könüllüləri” Təşkilatının sədr müavini Rəfael Məhərrəmli çıxış edərək, könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıblar.
Qeyd edək ki, könüllülərin bir hissəsi oktyabr-dekabr, digər bir hissəsi isə noyabr-yanvar ayları ərzində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar.
Xatırladaq ki, “Femida Könüllüləri” təşkilatının yaradılmasında məqsəd gənc peşəkar hüquqşünasların yetişdirilməsinə dəstək göstərmək, məhkəmə-hüquq sistemində gənclərin iştirakçılığını artırmaq, məhkəmə xidmətlərində vətəndaş məmnuniyyətinin təmin etmək, məhkəmə-hüquq sistemində aparılan islahatların təbliğ və tətbiqinə dəstək göstərmək, ölkədə aparılan təhsil və gənclər siyasətinə töhfə verməkdir.