Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri Prezident seçkilərində aktiv iştirak edib

Gömrük Akademiyasının tələbələri Prezident seçkilərində aktiv iştirak edib

Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının sədri Osman Müşəyev və İqtisadiyyat ixtisasının tələbəsi Kamran Muradlı 7 fevral 2024-cü il tarixində ilk dəfə bütün ölkə üzrə keçirilən növbədənkənar Prezident seçkilərində iştirak ediblər.

Belə ki, seçkilərin qanunauyğunluğunu, şəffaflığını müşahidə etmək məqsədilə Osman Müşəyev ölkəmizin Füzuli-Cəbrayıl-Zəngilan kimi dilbər güşələrində müşahidəçi qismində seçkilərə nəzarət edib.

Kamran Muradlı isə ATƏT-in yüksək səlahiyyətli müşahidəçi heyətinə tərcüməçilik fəaliyyəti göstərib. O, seçki məntəqələrində olaraq beynəlxalq müşahidəçilərin suallarını cavablandırıb.

Tələbələrimiz öz vəzifə və öhdəliklərini tam şəkildə yerinə yetiriblər.