Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbəsi beynəlxalq layihədə iştirak edib

Gömrük Akademiyasının tələbəsi beynəlxalq layihədə iştirak edib

Dövlət Gömrük Komitəsi Akademiyasının “Hüquqşünaslıq” ixtisasının IV kurs tələbəsi Mahmud Bayramov Almaniyanın Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən, bütün Avropadan olan gəncləri birləşdirən və fəal sülh quruculuğu perspektivlərini əlaqələndirən “Peace Congress” layihəsinə müraciət edərək həmin layihədə iştirak hüququ qazanıb.

Almaniyanın Berlin şəhərində keçirilən və 2 gün davam edən layihə ərzində iştirakçılar həm tarixi hadisələri analiz edib siyasi və hüquqi baxımdan qiymətləndirib, həm də müasir problemlərə həll yolları axtararaq gələcəkdə dayanıqlı sülhün qurulması istiqamətində aktiv şəkildə müzakirələr aparıblar.

Akademiyanın tələbəsi bu müddətdə həmçinin Azərbaycan Respublikasının uğurlu xarici siyasətindən bəhs etməklə iştirakçılara ölkəmizin tarixi haqqında məlumat verərək Qafqaz regionundakı problemlərin real tərəflərini də diqqətə çatdırıb.