Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası ilə İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası arasında görüş keçirilib
Gömrük Akademiyası ilə İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası arasında görüş keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyası ilə İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası arasında görüş keçirilib. Akademiya rəhbərliyinin və əməkdaşlarının iştirakı ilə baş tutan görüşdə İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Aleks Kaplun və Palatanın nümayəndələri iştirak ediblər.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov qonaqları salamlayaraq onları rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib. Azərbaycan ilə İsrail arasında mövcud olan səmimi dostluq əlaqələrindən söz açan Qulu Novruzov qonaqlara Akademiyanın fəaliyyət istiqamətləri barəsində məlumat verib.
Gömrük Akademiyasında olmaqdan məmnunluğunu bildirən Aleks Kaplun Palatanın fəaliyyəti haqqında məlumat verərək müxtəlif istiqamətlər üzrə Akademiya ilə təcrübə mübadiləsinin aparılmasının, birgə layihələrin həyata keçirilməsinin mümkünlüyünü vurğulayıb.
Daha sonra görüşdə Akademiyanın fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində nailiyyət və prioritetləri, xarici ali təhsil müəssisələri və gömrük təlimi strukturları, digər beynəlxalq qurumlarla əlaqələr və layihələr haqqında təqdimat nümayiş olunub.
Görüşdə qarşılıqlı maraq doğuran sahələr üzrə müzakirələr aparılıb.