Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının rəhbərliyi və əməkdaşları Vətən müharibəsi şəhidlərinin xatirəsini yad ediblər
Gömrük Akademiyasının rəhbərliyi və əməkdaşları Vətən müharibəsi şəhidlərinin xatirəsini yad ediblər
27 Sentyabr-Anım Günü münasibətilə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəhbərliyi, əməkdaşları və tələbələri Sabunçu rayonu Maştağa qəsəbəsində Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edərək önlərinə gül dəstələri düzüb, ruhlarına dualar oxuyub, əziz xatirələrini dərin ehtiramla yad ediblər.
Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi gömrük xidməti general-mayoru Qulu Novruzov şəhidlərin ailələrinə dərin hüznlə başsağlığı verib, onlara səbir diləyib, 44 günlük Vətən müharibəsində torpaqlarımızın düşmən işğalından azad olunması yolunda canından keçən bütün şəhidlərin hər zaman Azərbaycan tarixinin qəhrəmanları olaraq xatirələrdə yaşayacaqlarını bildirib.