Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbəsi müsabiqədə qalib olub

Gömrük Akademiyasının tələbəsi müsabiqədə qalib olub

Dövlət Gömrük Komitəsinin Akademiyasının “Hüquqşünaslıq” ixtisası üzrə 2-ci kurs tələbəsi Fizzə İsmayılova yay tətili günlərində Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun keçirdiyi onlayn müsabiqədə iştirak edib. Müsabiqə gənclərə yeni və qiymətli biliklər qazandırmaq məqsədi ilə təşkil olunub. Müsabiqədə 16-29 yaş aralığında gənclər iştirak ediblər.

Fizzə İsmayılova müsabiqədə fəal iştirak edib,  sualları düzgün cavablandırıb və sonda 3-cü yerin qalibi olub. Tələbəmizə təşkilatçı qurum tərəfindən hədiyyə olaraq kitab təqdim olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi