Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında “Psixoloji sağlamlıq gələcək xoşbəxtliyin açarıdır” adlı tədbir keçirilib
Gömrük Akademiyasında “Psixoloji sağlamlıq gələcək xoşbəxtliyin açarıdır” adlı tədbir keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında “Psixoloji sağlamlıq gələcək xoşbəxtliyin açarıdır” adlı maarifləndirici seminar keçirilib.
Akademiyanın Katiblik şöbəsinin rəisi Azər Seyidov tədbiri giriş sözü ilə açaraq, mövzunun aktuallığından və tədbirin əhəmiyyətindən danışıb. O, cəmiyyətin hər bir üzvünün sağlamlığının ümumən cəmiyyət üçün faydalı olduğunu qeyd edib.
Akademiya rəisinin Elmi işlər üzrə müavini Cəmilə Namazova gənclərin maariflənməsi uçun bu kimi mövzularda tədbirlərin vacib olduğunu bildirib.
Akademiyanın Katiblik şöbəsinin tibb bacısı Səbirə Əlişova “Psixoloji sağlamlıq gələcək xoşbəxtliyin açarıdır” mövzusunda maarifləndirici təqdimatla çıxış edib.
Sonda mövzuya həsr olunmuş videoçarx nümayiş olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi