Baş səhifə
Xəbərlər
Dövlət Gömrük Komitəsi
Gömrük Akademiyasının magistratura səviyyəsinə qeydiyyat başa çatıb

Gömrük Akademiyasının magistratura səviyyəsinə qeydiyyat başa çatıb

Dövlət Gömrük Komitəsinin Akademiyasının magistratura səviyyəsinə qəbul olan bakalavrların qeydiyyatı başa çatıb. 2020/2021-ci tədris ili üçün Akademiyanın magistratura səviyyəsi üzrə qəbul planı 100 faiz dolub.

Bu il Akademiyada magistratura səviyyəsinə Dünya iqtisadiyyatı istiqaməti üzrə “Gömrük işi” ixtisaslaşmasına 10 yer, Hüquqşünaslıq istiqaməti üzrə “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası” ixtisaslaşmasına 5 yer  ayrılıb. Bu ilki qəbulda Akademiyanın magistraturasına qəbul olan tələbələrin hamısı dövlət sifarişi əsasında təhsil alacaqlar.

Qeyd edək ki, magistratura səviyyəsinə qəbul olmuş bakalavrların qeydiyyatının aparılması və sənədlərin qəbulu 6-15 iyul tarixlərində mövcud karantin rejimi ilə bağlı olaraq onlayn şəkildə həyata keçirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi