Baş səhifə
Tədbirlər
bp Azərbaycan beynəlxalq konfransa dəstək verəcək

Ümumi məlumat

  • Bölgə : Bakı ş., Zabrat-Maştağa şosesi 2
  • Yer : Bakı ş., Zabrat-Maştağa şosesi 2
  • Əlaqə : +994 12 404 12 00
  • Qeydiyyat müddəti : 07.11.2023 - 07.11.2023

bp Azərbaycan beynəlxalq konfransa dəstək verəcək

16.11.2023 - 17.11.2023

16-17 noyabr 2023-cü il tarixlərində “Beynəlxalq Nəqliyyat və Logistika Dəhlizi: Zəngilandan inkişaf impulsları” adlı beynəlxalq konfrans keçiriləcəkdir.

17 noyabr tarixində Bakıda keçiriləcək konfransın 2-ci günündə əsasən gömrük fəaliyyəti və logistika siyasəti ilə əlaqədar panellər təşkil olunacaqdır. Konfransda Dünya Bankı, Türk Dövlətləri Təşkilatı, TRACECA, GUAM kimi mötəbər beynəlxalq təşkilatların rəhbər şəxslərinin, eləcə də Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Koreya, Çin, İndoneziya, Litva, Şimali Makedonya, İsveçrə, Rusiya, Ukrayna və başqa ölkələrdən nəqliyyat – logistika və gömrük inzibatçıları iştirak edəcəklər.

Həyata keçirdiyi proqramlarla Azərbaycanda elmin inkişafına daim dəstək olan bp Azərbaycan şirkəti, bu beynəlxalq elmi konfransa da öz töhvəsini verəcək. Belə ki, konfransın “Beynəlxalq Nəqliyyat Dəhlizləri üçün İnnovativ Gömrük” və “Logistika Siyasətinin dizaynı və həyata keçirilməsi” mövzuları üzrə iki panel sessiyası Dövlət Gömrük Komitəsinin Akademiyası ilə əməkdaşlıq çərçivəsində bp-nin dəstəyi ilə təşkil olunacaqdır. Konfrans çərçivəsində yerli və xarici alim və tədqiqatçılar üçün Zəngilan-Ağalı turu təşkil olunacaqdır.

Təşkilatçı: bp Azərbaycan