Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası ECAR layihəsi çərçivəsində keçirilən təlim proqramında iştirak edib
Gömrük Akademiyası ECAR layihəsi çərçivəsində keçirilən təlim proqramında iştirak edib
Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) tərəfdaş olduğu “Azərbaycan Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi çərçivəsində ali təhsil müəssisələrinin insan resursları üzrə məsul şəxslərinə "Strateji insan resursların idarə olunması" tədris proqramı üzrə sertifikatların təqdim edilməsinə həsr edildimiş tədbir keçirilib. Bakı Biznes Universitetində Azerbaijan HR İnstitute şirkətinin dəstəyi ilə təşkil edilmiş təlim proqramını müvəffəqiyyətlə başa vurmuş iştirakçılara sertifikatların təqdim edilməsi mərasimində digər ali təhsil mütəxəssisləri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının İnsan resursları üzrə baş mütəxəssisi Vasif Ağayev də iştirak edib.
Sertifikatlaşdırma təliminin məqsədi ali təhsil müəssisələrinin müvafiq sahə üzrə fəaliyyət göstərən məsul şəxslərinin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi, eləcə də təcrübələrinin artırılması olub.
Tədbirdə çıxış edənlər insan resurslarının idarə edilməsinin rolundan, inkişaf etdirilməsinin əhəmiyyətindən, insan resursları mütəxəssislərinin təlimlərdə yüksək səviyyədə iştirakı və uğurlu nəticələrindən danışaraq onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu ediblər.
Tədbirin yekununda təlim proqramının iştirakçılarına kursu müvəffəqiyyətlə bitirdiklərinə görə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Avropa İttifaqının “Erasmus+” proqramının “Ali Təhsildə Potensialın Gücləndirilməsi” fəaliyyət kateqoriyası sahəsinə aid olan ECAR layihəsi Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin icra müddəti üç ildir. Gömrük Akademiyasının layihədə tərəfdaşlığı 2021-ci il ərzində layihə konsorsiumu və Avropa Komissiyası tərəfindən dəyərləndirilib qəbul edildikdən sonra Akademiyanın layihədə iştirakı 2022-ci ilin aprel ayından başlayıb.
Avropa Komissiyasının bu layihənin məhsulu olan nəşrin hazırlanmasına dəstəyi, müxtəlif müəlliflərin fikirlərini əks etdirən məzmunun təsdiqini təşkil etmir və Komissiya layihə çərçivəsində təqdim olunan məlumatların istifadəsi ilə bağlı məsuliyyət daşımır.