Yaz semestrinin imtahan sessiyası yekunlaşıb
Dövlət Gömrük Komitəsinin Akademiyasında 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası sona çatıb.
Sessiya müddətində Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzovun müvafiq sərəncamı ilə imtahanların mövcud normativ sənədlər əsasında təşkil edilməsi və onların gedişatına nəzarətin həyata keçirilməsi məqsədilə İmtahan qərargahı və Apellyasiya Komissiyası yaradılıb. Apellyasiya Komissiyası daxil olan müraciətləri araşdıraraq operativ şəkildə müvafiq qərarlar qəbul edib.