Gömrük Akademiyasında yaz semestrinin imtahan sessiyası başlayıb
Dövlət Gömrük Komitəsinin Akademiyasında 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb. Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzovun müvafiq sərəncamı ilə sessiya müddətində imtahanların mövcud normativ sənədlər əsasında təşkil edilməsi və onların gedişatına nəzarətin həyata keçirilməsi məqsədilə imtahan qərargahı yaradılıb.
Sessiya müddətində şikayətlərin araşdırılmasını təmin etmək üçün apelIyasiya komissiyası da fəaliyyət göstərir.
Qeyd edək ki, 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası iyun ayının 25-də yekunlaşacaqdır.