Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının əməkdaşları və tələbələri Baş Prokurorluqda “Heydər Əliyev İli” çərçivəsində keçirilən konfransda iştirak ediblər
Gömrük Akademiyasının əməkdaşları və tələbələri Baş Prokurorluqda “Heydər Əliyev İli” çərçivəsində keçirilən konfransda iştirak ediblər
Azərbaycan Respublikasının Baş Prokurorluğunda “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndər Heydər Əliyev və hüquq elminin inkişafı” mövzusunda konfrans keçirilib. Ziyalıların, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, prokurorluğun veteranlarının və gənc prokurorluq işçilərinin qatıldığı konfransda digər ali təhsil müəssisələrinin professor-müəllim heyəti və tələbələri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının “Hüquq və humanitar elmlər” kafedrasının müdiri Hakim Əzizov, kafedranın baş müəllimi Şahin Hüseynov, Əlavə təhsil şöbəsinin böyük mütəxəssisi Yavər Məmmədova və Akademiyanın “Hüquqşünaslıq” ixtisasının tələbələri də iştirak ediblər.
Dövlət himninin səsləndirilməsi ilə başlanan konfransın açılış hissəsində Baş Prokurorluğun idarə rəisi Elnur Musayev çıxış edərək tədbirin əhəmiyyətindən bəhs edib.
Digər məruzəçilərlə yanaşı, tədbirdə Akademiyanın əməkdaşı, h.ü.f.d Hakim Əzizov “Rəqabətə əsaslanan sahibkarlıq mühitinin formalaşmasında Ümummilli Liderin rolu” mövzusunda məruzə ilə çıxış edib.