Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası Özbəkistanın gömrük əməkdaşları, magistrant və kursantları üçün növbəti mühazirə təşkil edib

Gömrük Akademiyası Özbəkistanın gömrük əməkdaşları, magistrant və kursantları üçün növbəti mühazirə təşkil edib

Dövlət Gömrük Komitəsinin Akademiyası tərəfindən Özbəkistan Respublikasının Dövlət Gömrük Komitəsinin Gömrük İnstitutunun kursantları, magistrantları və Özbəkistan Respublikası gömrük xidmətinin əməkdaşları üçün onlayn formatda növbəti mühazirə təşkil edilib.

Özbəkistan Respublikasının Dövlət Gömrük Komitəsinin Gömrük İnstitutunun müraciəti əsasında təşkil olunan mühazirədə təcrübəli gömrük mütəxəssisi Təyyar İbrahimov gömrük ekspertizasının aparılması zamanı malların təsnifatı və onların təhlükəsizlik göstəricilərinin müəyyən edilməsində mövcud olan əsas problemlər barədə təcrübəsini özbəkistanlı həmkarları ilə bölüşüb. Tədbirdə mövzu üzrə təqdimat nümayiş etdirilib.

Tədbirin sonunda dinləyiciləri maraqlandıran suallar təlimçi tərəfindən ətraflı cavablandırılıb.

Cari il ərzində azərbaycanlı mütəxəssislər, o cümlədən özbəkistanlı mütəxəssislər tərəfindən gömrük orqanlarının fəaliyyətinin müxtəlif sahələrinə aid məsələlərə həsr olunacaq daha bir neçə qarşılıqlı distant mühazirələrin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bu mühazirələr Özbəkistan Respublikasının Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciəti əsasında, hər iki ölkənin hökumətləri arasında 27 may 1996-cı il tarixində imzalanmış “Gömrük işlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Razılaşma”ya müvafiq olaraq keçirilir.