Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib
Gömrük Akademiyasında “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Akademiyanın əməkdaşları, tələbələri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Həbibə Qəribova və Mərkəzin psixoloqu Ülvi Zeynalov iştirak ediblər.
Tədbirdə Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Həbibə Qəribova və Mərkəzin psixoloqu Ülvi Zeynalov təmsil etdikləri müəssisənin fəaliyyəti, insan alverinin problemlərinin mahiyyəti, formaları, qurbanların müəyyən edilmə üsulları, ölkəmizdə bu sahədə qanunvericilik bazası və insan alverinə qarşı mübarizə tədbirlərindən ətraflı bəhs ediblər.
İnteraktiv şəraitdə keçən tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.