Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri arasında futbol çempionatı keçirilib

Gömrük Akademiyasının tələbələri arasında futbol çempionatı keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən İdman klubunun təşkilatçılığı ilə Akademiyanın tələbələri arasında Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş futbol çempionatının final oyunu keçirilib.

Akademiyanın tələbələrindən ibarət 12 komandanın iştirakı ilə keçirilən çempionatın yarımfinalında “Eco City”, “Gold”, “Xarıbülbül” və “Android” komandaları mübarizə aparıblar.

Yarışın seçim turlarının yekununda final mərhələsinə vəsiqə qazanmış “Eco City”, komandası 5-2 hesabı ilə “Gold” komandasını məğlub edərək çempionatın qalibi olub.

Belə ki, yarışda “Gold” komandası II yerə, “Xarıbülbül” komandası isə III yerə çıxıblar.

Yarışın sonunda çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov idmanın gənc nəslin fiziki və mənəvi inkişafındakı rolundan danışaraq Akademiya tələbələrinin bu cür idman yarışlarında iştirakını yüksək qiymətləndirib.

Sonda qaliblər Akademiyanın rəhbərliyi tərəfindən kubok və medallarla təltif olunublar.