Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən intellektual yarışda adlarını qaliblər sırasına yazdırıblar

Gömrük Akademiyasının tələbələri Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən intellektual yarışda adlarını qaliblər sırasına yazdırıblar

Bakı Politoloqlar Klubunun təşəbbüsü, ADA Universitetinin dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “NHN”+ “Brain ring” formatında intellektual yarış keçirilib.

Yarışın rəsmi hissəsində çıxış edənlər Ümummilli lider Heydər Əliyevin həyat yolu və siyasi fəaliyyətindən söz açaraq keçirilən yarışın əhəmiyyətindən bəhs ediblər.

Bakı şəhərinin 11 ali təhsil müəssisəsi arasında maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda Dövlət Gömrük Komitəsinin Akademiyasının komandası adını qaliblər sırasına yazdıraraq II yerə layiq görülüb.

Qeyd edək ki, yarışda Dövlət İdarəçilik Akademiyasının komandası I yerə, yarışa ev sahibliyi edən ADA Universitetinin komandası isə III yerə layiq görülüb.

Sonda ilk üç yeri tutan komandalara medallar, diplomlar və kubok, digər iştirakçılara isə sertifikatlar təqdim olunub.