Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri beynəlxalq konfransda iştirak ediblər

Gömrük Akademiyasının tələbələri beynəlxalq konfransda iştirak ediblər

Riqa Texniki Universiteti (RTU) tərəfindən 64-cü RTU Tələbə Elm və Texnologiya konfransı keçirilib. Tələbələrə gömrük və vergi sahəsində tədqiqat nəticələrini təqdim etmək üçün akademik platformanın yaradılması məqsədilə təşkil edilən konfransda digər ölkələrdən olan iştirakçılarla yanaşı Akademiyanın “İqtisadiyyat” və “Beynəlxalq ticarət və logistika” ixtisaslarının tələbələri də iştirak ediblər.

Akademiyanın tələbələri onlayn formatda keçirilən konfransın “Gömrük və vergi” sessiyasında Azərbaycanda rəqəmsal idarəetmə sistemləri kontekstində elektron gömrük xidmətlərinin təsiri, gömrük və vergitutmada mənşə meyarlarının əhəmiyyəti, ölkəmizin gömrük xidmətinin modernləşdirilməsi, həmçinin gömrük tariflərinin beynəlxalq ticarətə təsiri mövzularında təqdimatlarla çıxış ediblər.