Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında “Vergilər" mövzusunda Ümumrespublika olimpiadasının seçim mərhələsi keçirilib

Gömrük Akademiyasında “Vergilər" mövzusunda Ümumrespublika olimpiadasının seçim mərhələsi keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri arasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan Ümumrespublika olimpiadasının seçim turu keçirilib.

Seçim turunda tələbələrə vergi sistemi və vergi qanunvericiliyi istiqamətləri üzrə test sualları təqdim edilib.

Qeyd edək ki, ali təhsil müəssisələrinin tələbələri arasında "Vergilər" mövzusunda keçiriləcək olimpiada seçim turu və yekun tur olmaqla iki mərhələdən ibarətdir. Ali təhsil müəssisələrində tələbələr arasında keçirilən seçim turunda müəyyən olunan ən yüksək balı toplayan tələbələr yekun turda iştirak etmək hüququnu qazanırlar. Olimpiadanın təşkilində əsas məqsəd vergi sahəsində yüksək bilik səviyyəsinə malik olan tələbələri müəyyən etmək və gələcəkdə bu sahə üzrə mütəxəssislərin yetişdirilməsi üçün zəmin yaratmaqdır.

"Vergilər" mövzusunda keçiriləcək Ümumrespublika olimpiadasının yekun turunun iyun ayında keçirilməsi nəzərdə tutulur.