Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbəsi “TEKNOFEST - 2023”də adını qaliblər sırasına yazdırıb

Gömrük Akademiyasının tələbəsi “TEKNOFEST - 2023”də adını qaliblər sırasına yazdırıb

Dövlət Gömrük Komitəsinin Akademiyasının "İnformasiya təhlükəsizliyi" ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Orxan Cabbarzadənin də üzvü olduğu Azərbaycan-Türkiyə gənclərindən ibarət “Ejder Drones” komandası Türkiyədə keçirilən "TEKNOFEST-2023" Aviasiya, Kosmos və Texnologiya Festivalında “Fəlakətlərin İdarəedilməsi” kateqoriyası üzrə 3-cü yerə layiq görülüb.

Məlumat üçün bildirək ki, Akademiya tələbəsinin qardaş Türkiyədən olan digər komanda yoldaşları ilə birgə irəli sürdükləri layihə pilotsuz uçuş aparatının zəlzələ, yanğın və sel kimi fəlakətlərdə insanları və heyvanları sağlam və sürətli xilas etməyə yönəlib.

Komandanın hazırladığı PUA axtarış və skan fəaliyyətləri nəticəsində müəyyən edilən insan və digər canlıların koordinatlarının müvafiq qurum və şəxslərə ötürülməsini təmin edir, həmçinin yardıma qədər insan və digər canlıların ehtiyaclarının qarşılanmasına dəstək olur və yardım qrupunun gəlməkdə olduğunu səsli şəkildə bildirir. Bununla yanaşı sözügedən pilotsuz uçuş aparatı yanğın, sel və s. kimi fəlakətlər zamanı daha ciddi tələfatların qarşısını ala biləcək fəaliyyətlər həyata keçirir.

Dəyərli tələbəmizi təbrik edir və ona uğurlar diləyirik!