Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri şahmat yarışında uğurla iştirak ediblər

Gömrük Akademiyasının tələbələri şahmat yarışında uğurla iştirak ediblər

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın doğum gününə həsr olunmuş şahmat yarışı keçirilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının, Bakı Avrasiya Universiteti (BAAU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə FunniFy Proqramı çərçivəsində baş tutan yarışda digər iştirakçılarla yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri də iştirak ediblər.

Ümumilikdə 25 ali və orta təhsil müəssisəsindən 100 nəfərin iştirakı ilə keçirilən yarışın nəticələrinə əsasən Akademiyanın "İnformasiya təhlükəsizliyi" ixtisasının IV kurs tələbəsi Müşfiq Nağıyev adını qaliblər sırasına yazdıraraq III yerə layiq görülüb.

Akademiyanın "İnformasiya təhlükəsizliyi" ixtisasının IV kurs tələbəsi İlqar Abbasov və "İqtisadiyyat" ixtisasının III kurs tələbəsi Məhəmməd Şəkərov da ilk onluqda yer alıblar.

Sonda tələbələr hədiyyələr, medallar və kubokla mükafatlandırılıblar.