Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri “Heydər Əliyev irsini öyrənək” adlı intellektual oyunda iştirak ediblər

Gömrük Akademiyasının tələbələri “Heydər Əliyev irsini öyrənək” adlı intellektual oyunda iştirak ediblər

Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev irsini öyrənək” adlı “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.

Millət vəkillərinin, müxtəlif ali təhsil müəssisələrinin müəllim və tələbə heyətinin, media nümayəndələrinin qatıldığı tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşları və tələbələri də iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva qonaqları salamlayaraq bilik yarışında iştirak edən komandalara uğurlar arzulayıb. Daha sonra tədbirdə digər iştirakçılar ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının Gömrük işi və idarəetmə kafedrasının müdiri Elvin Əlirzayev də çıxış edib.

Rəsmi hissədən sonra 6 komanda arasında keçirilən yarışa start verilib.

Sonda yarışın qalibləri və iştirakçılar mükafatlandırılıblar.