Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının əməkdaşları və tələbələri Ulu Öndər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfransda iştirak ediblər

Gömrük Akademiyasının əməkdaşları və tələbələri Ulu Öndər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfransda iştirak ediblər

Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşları və tələbələri Azərbaycan Respublikasının Ali Məhkəməsi və ADA Universitetinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Bu günün hüququ, sabahın hüquqşünası” mövzusunda keçirilən konfransda iştirak ediblər.

Konfransda açılış nitqi ilə çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə tədbirin əhəmiyyətindən söz açaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafı istiqamətində gördüyü işlər, xüsusilə təhsil sahəsinə verdiyi töhfələr barəsində bəhs edib.

Konfransda digər məruzəçilərlə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının “Hüquqşünaslıq” ixtisasının IV kurs tələbəsi Fizzə İsmayılova da "Qanunlara nə üçün riayət edirəm" mövzusunda məqalə ilə çıxış edib.