Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası Özbəkistanın gömrük əməkdaşları, magistrant və kursantları üçün mühazirə təşkil edib

Gömrük Akademiyası Özbəkistanın gömrük əməkdaşları, magistrant və kursantları üçün mühazirə təşkil edib

Dövlət Gömrük Komitəsinin Akademiyası tərəfindən Özbəkistan Respublikasının Dövlət Gömrük Komitəsinin Gömrük İnstitutunun kursantları, magistrantları və Özbəkistan Respublikası gömrük xidmətinin əməkdaşları üçün onlayn formatda mühazirə təşkil edilib.

Özbəkistan Respublikasının Dövlət Gömrük Komitəsinin Gömrük İnstitutunun müraciəti əsasında təşkil olunan mühazirədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük tarifləri və tarif təsnifatının tətbiqi şöbəsinin rəisi Fuad Məmmədov gömrük rəsmiləşdirilməsi istiqaməti üzrə Azərbaycan Respublikası gömrük orqanlarının fiskal funksiyasının həyata keçirilməsi sahəsində təcrübəsini özbəkistanlı həmkarları ilə bölüşüb. Tədbirdə mövzu üzrə təqdimat nümayiş etdirilib.

Tədbirin sonunda dinləyiciləri maraqlandıran suallar təlimçi tərəfindən ətraflı cavablandırılıb.

Qeyd edək ki, bu mühazirələr Özbəkistan Respublikasının Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciəti əsasında, hər iki ölkənin hökumətləri arasında 27 may 1996-cı il tarixində imzalanmış “Gömrük işlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Razılaşma”ya müvafiq olaraq keçirilir.