Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Gömrük Akademiyasında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə tədbir keçirilib.

Akademiya rəhbərliyinin, əməkdaşlarının və tələbələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil olunan tədbirdə Ulu öndərin zəngin həyat yolundan və çoxşaxəli fəaliyyətindən bəhs edib. O, müstəqil dövlətimizin banisi Heydər Əliyevin bütün sahələrdə sarsılmaz təməlləri müəyyən etdiyini, onun dünya siyasətinə təsir etmək gücündə olan və qlobal miqyasda təhlillər aparmağı bacaran siyasətçi olduğunu vurğulayıb. Akademiya rəisi dahi şəxsiyyətin zəngin irsinin öyrənilməsi və gənc nəsil arasında təbliğinin önəmini diqqətə çatdıraraq müstəqil Azərbaycan var olduqca Ulu Öndərin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd edib.

Tədbirdə çıxış edən Tədris və innovasiyalar üzrə rəis müavini Araz Aslanlı, Akademiyanın Elmi işlər üzrə rəis müavini Cəmilə Namazova və Tədris-metodiki işin təşkili şöbəsinin rəisi İslam Hüseynov da Ümmumilli liderin Azərbaycanın inkişafı və dövlət quruculuğunun gücləndirilməsi istiqamətindəki misilsiz tarixi xidmətlərindən bəhs ediblər.

Daha sonra Akademiya tələbələrinin “Heydər Əliyev və Azərbaycanın hüquq siyasəti”, “Heydər Əliyev və Azərbaycan gömrüyü” mövzularında çıxışları dinlənilib.

Tədbir bədii kompozisiya ilə davam edib.