Gömrük əməkdaşları üçün seminar keçirilib
Gömrük orqanlarının əməkdaşları üçün “Saxta malların müəyyən edilməsi və onların orijinal mallardan fərqləndirilməsi” mövzusunda onlayn seminar keçirilib.
Əqli mülkiyyət sahəsində ixtisaslaşan “Schmitt & Orlov İntellectual Property” beynəlxalq şirkəti tərəfindən keçirilən seminarda Dövlət Gömrük Komitəsinin aidiyyəti qurumlarının 40 nəfər gömrük xidməti əməkdaşı ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının Əlavə təhsil şöbəsinin mütəxəssisi Leyla Nəcəfova da iştirak edib.
Seminarın açılışında çıxış edən Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarə rəisinin birinci müavini Səməd Qaralov “Schmitt & Orlov İntellectual Property” beynəlxalq şirkətinin təmsilçilərinə təlimin keçirilməsinə görə öz təşəkkürünü bildirib.
Təlimdə Schmitt & Orlov İntellectual Property” beynəlxalq şirkətinin nümayəndələri tərəfindən əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı beynəlxalq brendlərin nümunələri əsasında xüsusi təqdimatlar nümayiş etdirilib, əməkdaşlarla müzakirələr aparılıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar təlimçilər tərəfindən ətraflı cavablandırılıb.