Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri “Heydər Əliyev İli”nə həsr olunmuş bilik yarışının qalibi olublar

Gömrük Akademiyasının tələbələri “Heydər Əliyev İli”nə həsr olunmuş bilik yarışının qalibi olublar

Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri “Heydər Əliyev İli”nə həsr olunmuş xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantları arasında keçirilən “Xalqa bağışlanan ömür” adında “Xəmsə” intellektual bilik yarışının qalibi olublar.

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının təşkilatçılığı ilə keçirilən yarışda ümumilikdə dörd xüsusi təyinatlı ali təhsil müəssisəsinin komandaları iştirak edib.

Yarış iştirakçıları əvvəlcə FHN-in Akademiyasının Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Yarışın açılışında çıxış edən FHN-in və FHN-in Akademiyasının rəhbər şəxsləri Ümummilli lider Heydər Əliyevin həyat yolu və siyasi fəaliyyətindən söz açaraq keçirilən yarışın əhəmiyyətindən bəhs ediblər.

Sonra bilik yarışına start verilib. Maraqlı və gərgin keçən mübarizənin sonunda böyük xal fərqilə bilik yarışmasının qalibi adına Dövlət Gömrük Komitəsinin Akademiyası layiq görülüb.

Tələbələrimizi bu möhtəşəm qələbə münasibətilə təbrik edirik!