Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri Vətən müharibəsi şəhidinin xatirəsini anıblar

Gömrük Akademiyasının tələbələri Vətən müharibəsi şəhidinin xatirəsini anıblar

44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Quliyev Rəşad Rəşid oğlunun xatirəsinə həsr edilmiş "Canavarın arzusu" adlı filmin növbəti təqdimatı keçirilib. Bakı şəhər A. S. Xəlilov adına 263 saylı tam orta məktəbdə baş tutan tədbirdə şəhidin ailə üzvləri, yaxınları, müxtəlif dövlət müəssisələrinin nümayəndələri və digər iştirakçılarla yanaşı, Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşı və tələbələri də iştirak ediblər.

Tədbir iştirakçıları çıxış edərək tarixi qələbənin qazanılmasında şücaət və qəhrəmanlıq göstərərək canından keçən Rəşad Quliyevin timsalında bütün şəhidlərimizə rəhmət diləyiblər.

Daha sonra Akademiya tələbələrinin ifasında vətən qəhrəmanlarına həsr edilən şeirlər səsləndirilib.

Tədbirdə şəhidin xatirəsinin əbədiləşdirilməsi və tanıdılması məqsədilə onun şərəfli həyat və döyüş yolundan bəhs edən "Canavarın arzusu" adlı film nümayiş olunub.