Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələrinin növbəti tədbiri ADA Universitetində keçirilib

Gömrük Akademiyasının tələbələrinin növbəti tədbiri ADA Universitetində keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən "BTL-İqtisadiyyat" klubunun, ADA Universitetinin və UNEC-in tələbə klublarının təşkilatçılığı ilə "Kölgə iqtisadiyyatının hüquqla tənzimlənməsi" mövzusunda diskussiya keçirilib. ADA Universitetində keçirilən tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyasının müəllimi, İqtisadi Təhlil İnstitutunun sədr müavini, iqtisadçı Həsən Rəhimli, “PAŞA Holding”in hüquqşünası Ülkər Məlikova və hər 3 ali təhsil müəssisəsinin tələbələri iştirak ediblər.

Diskussiya zamanı qonaqlar- iqtisadçı Həsən Rəhimli mövzu ilə bağlı iqtisadi yanaşmanı, hüquqşünas Ülkər Məlikova isə hüquqi yanaşmanı müdafiə ediblər. Tələbələrin də aktiv iştirak etdiyi debatda iştirakçılar mövzu üzrə bir-birindən maraqlı faktlar və arqumentlər səsləndiriblər.