Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbəsi “TEKNOFEST 2023”ün finalına vəsiqə qazanıb
Gömrük Akademiyasının tələbəsi “TEKNOFEST 2023”ün finalına vəsiqə qazanıb
Dövlət Gömrük Komitəsinin Akademiyasının “İnformasiya təhlükəsizliyi” ixtisasının IV kurs tələbəsi Orxan Cabbarzadə “TEKNOFEST-2023” Aerokosmik və Texnologiya Festivalının “Fəlakətlərin idarə edilməsi” kateqoriyası üzrə final mərhələsinə vəsiqə qazanıb.
Akademiya tələbəsinin qardaş Türkiyədən olan digər komanda yoldaşları ilə birgə irəli sürdükləri layihə pilotsuz uçuş aparatının zəlzələ, yanğın və sel kimi fəlakətlərdə insanları və heyvanları sağlam və sürətli xilas etməyə yönəlib.
Komandanın hazırladığı PUA axtarış və skan fəaliyyətləri nəticəsində müəyyən edilən insan və heyvanların koordinatlarının müvafiq qurum və şəxslərə ötürülməsini təmin edir, həmçinin yardıma qədər “həyati paket” vasitəsilə insan və heyvanların ehtiyaclarının qarşılanmasına dəstək olur və onlara yardım qrupunun gəlməkdə olduğunu səsli şəkildə bildirir. Bununla yanaşı sözügedən pilotsuz uçuş aparatı yanğın, sel və s. kimi fəlakətlər zamanı daha ciddi tələfatların qarşısını ala biləcək fəaliyyətlər həyata keçirir.
Qeyd edək ki, “TEKNOFEST-2023” Aerokosmik və Texnologiya Festivalı 27 aprel - 1 may tarixlərində İstanbul şəhərində keçiriləcək.
Tələbəmizə müsabiqədə uğurlar diləyirik!