Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının əməkdaşları və tələbələri beynəlxalq elmi-praktik konfransda iştirak ediblər

Gömrük Akademiyasının əməkdaşları və tələbələri beynəlxalq elmi-praktik konfransda iştirak ediblər

DİN-in Polis Akademiyasında “Yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilən cinayətlərin cinayət-hüquqi, cinayət-prosessual və kriminalistik problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Ölkəmizlə yanaşı Türkiyə Cümhuriyyəti, Rusiya Federasiyası, Belarus, Qazaxıstan və Moldova Respublikalarının elm və təhsil müəssisələrinin nümayəndələrinin qatıldığı tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyasının Hüquq və humanitar elmlər kafedrasının müdiri Hakim Əzizov, Əlavə təhsil şöbəsinin böyük mütəxəssisi Yavər Məmmədova və Akademiyanın tələbələri iştirak ediblər.

Konfrans iştirakçılarını açılış nitqi ilə salamlayan DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov konfransın işinə uğurlar arzulayaraq tədbirin əhəmiyyəti və məqsədi barədə fikirlərini bildirib.

Konfransın bölmə iclaslarında digər məruzəçilərlə yanaşı Gömrük Akademiyasının kafedra müdiri, h.ü.f.d. Hakim Əzizov “Türk hüququnda yetkinlik yaşına çatmayan şəxslərə təyin edilən cəza növləri” adlı məqaləsi ilə çıxış edib.

Müzakirələrlə davam edən tədbirin sonunda beynəlxalq elmi-praktik konfransın bəyannaməsi səsləndirilib, iştirakçılara nəfis şəkildə çap edilmiş konfrans materialları və sertifikatlar təqdim edilib.