Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri Türkiyədə zəlzələdən zərər çəkən əhaliyə yardımda iştirak ediblər

Gömrük Akademiyasının tələbələri Türkiyədə zəlzələdən zərər çəkən əhaliyə yardımda iştirak ediblər

Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri digər Azərbaycan könüllüləri ilə birgə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə qardaş Türkiyədə zəlzələdən əziyyət çəkən əhaliyə yardımda iştirak ediblər.

1 aya yaxın müddətdə Türkiyədə fəaliyyət göstərən könüllülər zəlzələnin baş verdiyi bölgələrdə faciədən zərər çəkmiş vətəndaşlara yardımların paylanılması, əhalinin istiqamətləndirilməsi, qeydiyyat və müxtəlif əlaqələndirmə işlərində aktiv iştirak ediblər.

Tələbələrimiz həmçinin “Xaricdə ilk humanitar fəaliyyət könüllüləri” ilə keçirilən görüşdə iştirak ediblər. Tədbirdə digər könüllülərlə yanaşı Akademiyanın tələbələri də ağır və məsuliyyətli fəaliyyətin öhdəsindən müvəffəqiyyətlə gəldiklərinə görə təşəkkürnamələrlə təltif ediliblər.

Bir daha bu faciədə həlak olanlara Allahdan rəhmət, doğmalarına səbir, yaralananlara isə şəfa diləyirik