Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında “İnkişaf marafonu 2023” layihəsi çərçivəsində təlim keçirilib

Gömrük Akademiyasında “İnkişaf marafonu 2023” layihəsi çərçivəsində təlim keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında tələbələr üçün “İnkişaf marafonu 2023” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib. Akademiyanın əməkdaşlarının və tələbələrinin iştirakı ilə keçirilən tədbir çərçivəsində “DECTEC” Group idarə heyətinin sədri, “NİGAR TARIM” idarə heyətinin üzvü, ADNSU-nun dosenti, biznes konsultant  Sakit Səmədov  və “Shane Academy Azerbaijan”-nın təsisçi direktoru, İELTS, TOEFL, Duolingo instruktoru Jalə Bəhrəmova ilə görüş təşkil olunub.

ADNSU-nun dosenti, biznes konsultant  Sakit Səmədov və “Shane Academy Azerbaijan”-nın təsisçi direktoru Jalə Bəhrəmova şəxsi inkişafla bağlı öz təcrübələrini tələbələrlə bölüşərək motivasiyanın həyatımızdakı rolu, fərdi inkişafın əsas qaydaları, xaricdə təhsil imkanları, peşəkar inkişafa dəstək, düzgün karyera qurmanın başlıca şərtləri, beynəlxalq dil sertifikatları və digər mövzular barəsində iştirakçılara ətraflı məlumat veriblər.

Sonda mövzu üzrə gəncləri maraqlandıran suallar cavablandırılaraq onlara müxtəlif hədiyyələr təqdim olunub.