Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında hüquqşünaslıq ixtisasının tələbələri üçün təlim keçirilib

Gömrük Akademiyasında hüquqşünaslıq ixtisasının tələbələri üçün təlim keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında "Hüquqşünas kimi düşün" adlı təlim keçirilib.

Gömrük Akademiyasının əməkdaşlarının və tələbələrinin iştirakı ilə keçirilən təlim Akademiyanın məzunu, Legalize Hüquq şirkətinin baş hüquqşünası İmamverdi Novruzlu tərəfindən təqdim edilib.

Təlimdə iştirakçılara hüquqşünaslıq ixtisası, hüquqşünas kimi necə düşünmək olar, bunun üçün lazım olan bacarıqlar, bu cür düşünmənin faydaları və s. barəsində ətraflı məlumat verilib.

Sonda mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb.