Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının rəhbərliyi, əməkdaşları və tələbələri Vətən müharibəsi şəhidinin anım günündə iştirak ediblər

Gömrük Akademiyasının rəhbərliyi, əməkdaşları və tələbələri Vətən müharibəsi şəhidinin anım günündə iştirak ediblər

44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri – Sabunçu rayonu Zabrat qəsəbəsi şəhidi Nəsirov Əfqan Ramil oğlunun anım günü qeyd olunub. Bu münasibətlə Dövlət Gömrük Komitəsinin Akademiyasının bir qrup əməkdaşı və tələbələri şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Anım günü münasibətilə Sabunçu rayon “Gənclər evi”ndə keçirilən mərasimdə iştirak edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov öz adından və Akademiyanın kollektivi adından şəhidin ailəsinə dərin hüznlə başsağlığı verib, onlara səbir diləyib, ərazi bütövlüyümüz uğrunda əsl qəhrəmanlıq nümayiş etdirərək canından keçən bütün Vətən şəhidlərinin hər zaman Azərbaycan tarixinin qəhrəmanları olaraq xatirələrdə yaşayacaqlarını bildiriblər.

Allah rəhmət eləsin!

Şəhidlər ölməz, Vətən bölünməz!