Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının əməkdaşları və tələbələri Vətən müharibəsi şəhidinin anım mərasimində iştirak ediblər

Gömrük Akademiyasının əməkdaşları və tələbələri Vətən müharibəsi şəhidinin anım mərasimində iştirak ediblər

Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşları və tələbələri 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri, Maştağa qəsəbəsi şəhidi Novruzov Rəşad Elşad oğlunun anım mərasimində iştirak edərək şəhidin əziz xatirəsini dərin ehtiramla yad ediblər.  

Əməkdaşlar Akademiyanın rəhbərliyi və kollektivi adından ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşən şəhid Rəşad Novruzovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verərək səbir diləyib, Rəşadın timsalında canından keçən bütün Vətən şəhidlərinin hər zaman Azərbaycan tarixinin qəhrəmanları olaraq xatirələrdə yaşayacaqlarını bildiriblər.

Anım günü münasibətilə keçirilən tədbir daha sonra bədii hissə ilə davam edib.

Allah rəhmət eləsin!

Şəhidlər ölməz, Vətən bölünməz!