Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası ECAR layihəsi çərçivəsində keçirilən növbəti iclasda iştirak edib

Gömrük Akademiyası ECAR layihəsi çərçivəsində keçirilən növbəti iclasda iştirak edib

 

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) tərəfdaş olduğu “Azərbaycan Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində təsis edilmiş "Tələbə və məzunlarla iş üzrə komitə"nin hibrid formatda iclası keçirilib. Bakı Biznes Universitetində təşkil edilən və 20-yə yaxın ali təhsil müəssisəsinin məsul şəxslərinin qatıldığı iclasda Dövlət Gömrük Komitəsinin Akademiyasının Katibliyinin sədri Azər Seyidov da iştirak edib. 

İclasda Komitənin Əsasnaməsinin yekun rəy verilməklə qəbul edilməsi, Komitənin fəaliyyət planının təsdiq edilməsi, ali təhsil müəssisələri arasında keçiriləcək sorğunun məzmununun dəqiqləşdirilməsi, Komitənin fəaliyyət istiqamətlərinə uyğun layihələr barədə təkliflərin qiymətləndirilməsi kimi məsələlər əhatə olunub. 

Qeyd edilməlidir ki, ECAR layihəsi çərçivəsində yaradılacaq Azərbaycan Rektorlar Konfrasının tərkibində Beynəlmiləlləşmə, Tədris işləri və keyfiyyət təminatı, Elmi işlər, Strateji inkişaf və Tələbə və məzunlarla iş üzrə komitələri də daxil olmaqla ümumilikdə 5 komitənin fəaliyyəti nəzərdə tutulub. 

Avropa Komissiyasının bu layihənin məhsulu olan nəşrin hazırlanmasına dəstəyi, müxtəlif müəlliflərin fikirlərini əks etdirən məzmunun təsdiqini təşkil etmir və Komissiya layihə çərçivəsində təqdim olunan məlumatların istifadəsi ilə bağlı məsuliyyət daşımır.