Baş səhifə
Xəbərlər
Akademiya
Dövlət Gömrük Komitəsinin Akademiyasında ağacəkmə aksiyası keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında ağacəkmə aksiyası keçirilib

“Heydər Əliyev İli” çərçivəsində Dövlət Gömrük Komitəsinin Akademiyasında ağacəkmə aksiyası keçirilib. Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək və ekoloji mədəniyyətə diqqətin artırılması, ətraf mühitin qorunmasına dəstək və təbiətə töhfə vermək məqsədilə keçirilən aksiyada Akademiyanın rəhbərliyi, əməkdaşları və tələbələri iştirak ediblər.

Aksiya çərçivəsində Akademiyanın ətraf ərazisində yeni ağaclar əkilib. İməcilik iştirakçıları yeni əkilən ağacları suvarıb, onlara aqrotexniki qaydada qulluq göstəriblər.