Gömrük Akademiyasında növbəti ixtisasartırma təlimləri başlayıb
Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük xidməti əməkdaşları üçün təşkil olunan ixtisasartırma təlimlərinin növbəti qrupu ilə görüş keçirilib.
Akademiyanın rəisi Qulu Novruzov təlim iştirakçılarını salamlayaraq, təlimlərin təşkili ilə bağlı məlumat verib. Tədrisin keyfiyyətindən və təlim proqramının məzmunundan söz açan Akademiya rəisi dərslərin peşəkar mütəxəssislər tərəfindən aparıldığını qeyd edib. Qulu Novruzov gömrük sistemində aparılan islahatlara toxunaraq, müasir tələblərin fərqli gömrük xidməti üçün fərqli bacarıqları zəruri etdiyini deyib. O, gömrük xidməti əməkdaşlarının peşəkar inkişafı, peşəkarlığının artırılması, peşə bacarıqlarının dərinləşdirilməsi ilə bağlı təşkil olunan təlimlərin əhəmiyyətindən danışıb. Akademiya rəisi təlimlərin müddətinin bir ay nəzərdə tutulduğunu, proqramın məzmununun kifayət qədər təkmilləşdirildiyini deyib. Qulu Novruzov vurğulayıb ki, gömrük xidməti əməkdaşlarının peşə bacarıqları ilə yanaşı, yüksək mənəvi keyfiyyətləri və milli dəyərlərə sadiqliyi olmalıdır.
Qeyd edək ki, təlimlərdə iştirak edən hazırkı qrupda 60 nəfər gömrük xidməti əməkdaşı təmsil olunur.
İctimaiyyətlə əlaqələr şöbəsi