Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının rəis müavini ECAR layihəsinin komitə sədri seçilib

Gömrük Akademiyasının rəis müavini ECAR layihəsinin komitə sədri seçilib

Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində Strateji inkişaf üzrə komitənin ilk iclası keçirilib. Layihənin koordinatoru olan Bakı Biznes Universitetinin təşkilatçılığı ilə onlayn formatda keçirilən iclasda digər tərəfdaş ali təhsil müəssisələrinin nümayəndələri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının Tədris və İnnovasiyalar üzrə rəis müavini Araz Aslanlı da iştirak edib.

 

Layihənin koordinatoru Bakı Biznes Universitetinin təşkilatçılığı ilə onlayn formatda baş tutan toplantıda ilkin olaraq tərəfdaşlar komitə üzvləri ilə tanış olublar. İclasda strateji inkişaf məsələləri, komitənin funksiyaları, komitə sədrliyinə namizədliyə dair tələblər, idarə heyəti və sədrinin seçilməsi qaydaları müzakirə olunub. İdarə heyətinin sədri vəzifəsini tutmaq üçün namizədliyi irəli sürülən 2 namizəd arasından 85.7 % səs çoxluğu ilə Dövlət Gömrük Komitəsinin Akademiyasının Tədris və İnnovasiyalar üzrə rəis müavini Araz Aslanlı  idarə heyətinin sədri seçilib.

 

Daha sonra sədr müavini vəzifəsini tutmaq üçün səsververmə keçirilib. Səsvermənin nəticələrinə əsasən Azərbaycan Dillər Universitetinin Tədris işləri üzrə prorektoru Filologiya elmləri doktoru, professor Sevinc Zeynalova və Azərbaycan Turizm və Menecment Universitetinin Keyfiyyət təminatı şöbəsinin müdiri Faina Qaçabəyova sədrin müavinləri seçiliblər.

 

Qeyd edilməlidir ki, ECAR layihəsi çərçivəsində yaradılacaq Azərbaycan Rektorlar Konfrasının tərkibində 5 komitənin – Beynəmilləlləşmə üzrə, Tədris işləri və keyfiyyət təminatı üzrə , Elmi işlər üzrə, Strateji inkişaf üzrə və Tələbə və məzunlarla iş üzrə komitələrin fəaliyyəti nəzərdə tutulub.

 

Avropa Komissiyasının bu layihənin məhsulu olan nəşrin hazırlanmasına dəstəyi, müxtəlif müəlliflərin fikirlərini əks etdirən məzmunun təsdiqini təşkil etmir və Komissiya layihə çərçivəsində təqdim olunan məlumatların istifadəsi ilə bağlı məsuliyyət daşımır.