IV Beynəlxalq Qış məktəbinin iştirakçıları BANM-də olublar
Fevralın 7-də Dövlət Gömrük Komitəsinin Akademiyası və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) birgə təşkilatçılığı ilə 4-12 fevral tarixlərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçirilən IV Beynəlxalq Qış məktəbinin iştirakçıları Bakı Ali Neft Məktəbinə səfər ediblər.
Bakı Ali Neft Məktəbinin konfrans zalında keçirilən təqdimat mərasimində çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqları salamlayaraq onları rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnunluğunu ifadə edib, tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qış məktəbinin iştirakçıları bu ali təhsil müəssisəsinin tarixi və fəaliyyəti ilə, yaradılan geniş infrastrukturla yaxından tanış olublar.
İctimaiyyətlə əlaqələr şöbəsi