Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri üçün maliyyə savadlılığı mövzusunda seminar keçirilib

Gömrük Akademiyasının tələbələri üçün maliyyə savadlılığı mövzusunda seminar keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri üçün Mərkəzi Bankda maliyyə savadlılığı mövzusunda seminar keçirilib. Mərkəzi Bankın mütəxəssisləri tərəfindən keçirilən seminarda Akademiyanın 100-ə yaxın tələbəsi iştirak edib.

Tədbirdə iştirakçılara Mərkəzi Bankın maliyyə savadlılığı portalı və elektron resursları, “Rəqəmsal ödənişlərin üstünlükləri”, “İnformasiya təhlükəsizliyi” və “Əmanətlərin sığortalanması” mövzusunda təlimçilər tərəfindən geniş məlumat verilib. Seminarda həmçinin üç distant kurs üzrə tələbələr arasında keçiriləcək müsabiqənin şərtləri ətraflı izah edilib.

Sonda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.