Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının əməkdaşı tibbi təlimdə iştirak edib

Gömrük Akademiyasının əməkdaşı tibbi təlimdə iştirak edib

Dekabrın 7-də Mərkəzi Gömrük Hospitalında “Təməl həyata dəstək (BLS) və İlk yardım” təlimləri keçirilib. Xüsusi həyati təhlükəli hallar zamanı həkimə qədər ilk yardımın göstərilməsi məqsədilə təşkil edilən təlimdə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan müvafiq qurumların əməkdaşları ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının tibb məntəqəsinin əməkdaşı Səbirə Əlişova da iştirak edib.

DGK Tibbi Xidmət İdarəsi Sanitar-karantin xidmətinin ərazi üzrə baş müfəttişləri tərəfindən aparılan təlimdə iştirakçılara ilk yardım çantalarında olan vasitələrdən istifadə etməklə ilk yardımın göstərilməsinə dair nəzəri və praktiki məşğələlər keçirilib.

Təlimin sonunda gömrükçülərə “İlk yardım” sertifikatları təqdim edilib.