Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında korrupsiyaya qarşı mübarizə mövzusuna həsr olunmuş seminar keçirilib

Gömrük Akademiyasında korrupsiyaya qarşı mübarizə mövzusuna həsr olunmuş seminar keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında “Gömrük orqanlarının fəaliyyətində korrupsiyaya qarşı mübarizə” mövzusunda seminar keçirilib. Akademiyada təhsil alan tələbələrin korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirilməsi məqsədilə əməkdaşların və tələbələrin iştirakı ilə keçirilən seminar Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin baş inspektoru Aytən Pirəliyeva tərəfindən təqdim edilib.
 
Tədbirdə çıxış edən Akademiyanın rəis müavini Cəmilə Namazova keçirilən tədbirin əhəmiyyətindən söz açaraq cənab Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin prioritetlərinə əsasən ölkədə korrupsiyaya qarşı sistemli mübarizə isiqamətində aparılan islahatlardan bəhs edib. C.Namazova çıxışında həmçinin Dövlət Gömrük Komitəsində də bu istiqamətdə həyata keçirilən tədbirlərin səmərəliliyinin yüksəldiyini vurğulayıb.
 
Tədbirdə əsas məruzəçi qismində çıxış edən Aytən Pirəliyeva korrupsiyaya şərait yaradan halların müəyyən edilməsi və aradan qaldırılması istiqamətində gömrük orqanları tərəfindən həyata keçirilən tədbirlər barəsində söz açıb. Məruzəçi çıxışında gömrük əməkdaşlarının xidməti fəaliyyətlərində qanunun aliliyi, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət prinsiplərini rəhbər tuturaq korrupsiyaya qarşı mübarizədə qəti siyasi iradə nümayiş etdirmələrinə, vətəndaşlarla münasibətdə davranış qaydalarına diqqət edilməsinə dair xüsusi məqamlara da toxunub. A. Pirəliyeva həmçinin korrupsiyaya qarşı mübarizədə beynəlxalq standartlar və milli təcrübələr, antikorrupsiya qanunvericiliyi və konvensiyalar haqqında da iştirakçılara geniş məlumat verib.