Baş səhifə
Xəbərlər
Akademiya
IV Beynəlxalq Qış məktəbi davam edir

IV Beynəlxalq Qış məktəbi davam edir

Dövlət Gömrük Komitəsinin Akademiyası və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) birgə təşkilatçılığı ilə təşkil olunan IV Beynəlxalq Qış məktəbi davam edir.

Fevralın 10-da Gömrük Akademiyasında fəaliyyət göstərən INCU-nun Bakı Regional Ofisində Qış məktəbinin iştirakçıları üçün Rusiyanın Şimal-Qərb İdarəçilik İnstitutunun dosenti Qalina Fedotova “Tarif təsnifatı və mənşə üstünlükləri qaydaları” mövzusunda təlim keçib.

Qeyd edək ki, Beynəlxalq Qış məktəbi 4 fevral tarixində başlayıb və 12 fevral tarixində başa çatacaq. Təlimlər INCU-nun Katibliyinin rəhbəri Mixail Kaşubski, Rusiyanın Şimal-Qərb İdarəçilik İnstitutunun dosenti Qalina Fedotova, Samara Dövlət Texniki Universitetinin dosenti Darya Ştrikova tərəfindən keçirilir.

İctimaiyyətlə əlaqələr şöbəsi