Baş səhifə
Xəbərlər
Akademiya
Şəhid gömrükçü Ülvi Hacıyevin xatirəsi anılıb

Şəhid gömrükçü Ülvi Hacıyevin xatirəsi anılıb

Dekabrın 6-da 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gömrük əməkdaşı Ülvi Hacıyevin anım mərasimi keçirilib. Anım tədbirində Ülvi Hacıyevin ailə üzvləri, yaxınları, qazilər, Dövlət Gömrük Komitəsinin rəhbərliyi, kollektivi ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşları və tələbələri də iştirak ediblər.

Tədbir Dövlət Himninin səslənməsi və şəhidin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Anım mərasimində şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, unudulmaz xatirəsi dərin ehtiramla yad edilib.

Daha sonra bütün şəhidlik zirvəsinə ucalan qəhrəmanların ruhuna dualar oxunub.

Xatırladaq ki, gömrükçü şəhid Ülvi Hacıyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.