Gömrük Akademiyasının əməkdaşı beynəlxalq konfransda iştirak edib
Rusiya Gömrük Akademiyasının təşkilatçılığı ilə "MDB üzv dövlətlərinin gömrük xidmətlərinin hüquq-mühafizə fəaliyyətinin aktual problemləri" mövzusunda beynəlxalq konfrans keçirilib.
Onlayn formatda təşkil olunan konfransda digər iştirakçılarla yanaşı Akademiyanın Hüquq və humanitar elmlər kafedrasının baş müəllimi Şahin Hüseynov da iştirak edib.
Tədbirdə Şahin Hüseynov "Cinayət işlərində əməliyyat-axtarış tədbirləri zamanı əldə edilmiş foto və videoçəkilişlər, o cümlədən audioyazılardan istifadə edilməsinin aktual məsələləri" mövzusunda məruzə ilə çıxış edib.
Tədbirin davamında mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. İnteraktiv müzakirələrin sonunda məruzəçilər tərəfindən konfrans iştirakçılarının sualları ətraflı cavablandırılıb.