Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının Qırğız Respublikası Dövlət Gömrük Xidmətinin əməkdaşları üçün təşkil etdiyi növbəti təlimlər yekunlaşıb

Gömrük Akademiyasının Qırğız Respublikası Dövlət Gömrük Xidmətinin əməkdaşları üçün təşkil etdiyi növbəti təlimlər yekunlaşıb

Dövlət Gömrük Komitəsinin Akademiyası tərəfindən Qırğız Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidmətinin əməkdaşları üçün təşkil edilən növbəti təlimlər yekunlaşıb. “Hüquq-mühafizə fəaliyyəti” mövzusuna həsr edilən təlimlər 21-25 noyabr 2022-ci il tarixlərini əhatə edib.

Qırğız Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti ilə imzalanmış fəaliyyət planı çərçivəsində keçirilən növbəti təlimlər hüquq-mühafizə fəaliyyəti mövzusu üzrə təşkil edilib.

Təlim müddəti ərzində Akademiyanın Hüquq və humanitar elmlər kafedrasının baş müəllimi, gömrük xidməti polkovniki Şahin Hüseynov əməliyyat-axtarış tədbirlərinin, cinayət-mühakimə icraatının və gömrük nəzarətinin qanunvericilik əsaslarının və onların həyata keçirilməsində texniki vasitələrdən istifadə edilməsinin bəzi aktual məsələlələri haqqında təqdimat ilə çıxış edərək təlim iştirakçılarına ətraflı məlumat verib.

Beş günlük təlimin sonunda mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Təlimdən sonra təlim iştirakçılarına tədris olunan mövzular üzrə materiallar və gələcəkdə öz sahələrində tətbiq edə biləcəkləri faydalı resurslar təqdim edilib.

Qeyd edək ki, iki il ərzində Akademiya tərəfindən Qırğız gömrükçüləri üçün müxtəlif mövzular üzrə təlimlərin təşkili nəzərdə tutulur.